BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edir

2024-04-23 11:09

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynovun “Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edir” başlıqlı məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor” nəşrində dərc edilib.

Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilməsi ilə bağlı qısa tarixə detallı nəzər yetirən V.Hüseynov qeyd edir ki, bu, tarixdə rus hərbi birləşmələrinin postsovet ərazisini könüllü şəkildə və planlaşdırılan rəsmi tarixdən öncə tərk etdiyi ilk haldır.

“Son 3 il yarım müddətində bölgədə reallıq radikal şəkildə dəyişilib. Sülhməramlı missiyanın qalmasını şərtləndirən amillər 2023-cü ilin sentyabrında Qarabağdakı separatçı rejimin süqutu və yerli erməni əhalinin oranı tərk etməsi ilə aradan qalxıb.

Rusiyanın sülhməramlı missiyanı çıxarması Qarabağ münaqişəsinin bitdiyini vurğulayan və Moskvanın Bakı ilə münasibətlərində “Qarabağ kartı”ndan təzyiq rıçaqı kimi istifadəsinin sonlandığını göstərən vacib strateji hadisədir. Ərazisindən xarici qüvvələrin çıxarılması Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi. Bakı suverenliyini və ərazi bütövlüyününü təsdiqləyərək diplomatik skandal və hərbi qarşıdurmadan yayındı. Bu isə regional sülh və Azərbaycanın daha təsirli regional oyunçuya çevrilməsinə şərait yaratdı”.

Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq mümkündür:

https://jamestown.org/program/russias-peacekeeping-contingent-leaves-karabakh/

Müəllifin son məqalələri

01 May 2024 - 17:13

Azərbaycan və Almaniya arasında daha dərin əməkdaşlığın zamanıdır

29 Aprel 2024 - 09:32

Rusiyanın Qarabağdan çıxması Azərbaycana türk dünyası ilə əlaqələrini gücləndirməyə imkan verəcək

23 Aprel 2024 - 11:09

Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edir